Diyarbəkirdə ailəsi tərəfindən qətl edilən Narinin dostları Ramazan Bayramının ilk günü Narin Güranın məzarını ziyarət ediblər.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir kii, sinif yoldaşları və dostları Narinin məzarı başında dualar oxuyub.
Dostları adətə uyğun olaraq Narinin məzarı üzərinə gül-çiçək və bayram konfetləri qoyublar.
Xatırladaq ki, Türkiyənin Diyarbəkir bölgəsində itkin düşən Narin Güran 19 günlük axtarışlardan sonra Tavşantəpə (Dovşantəpə) kəndi ərazisində tapılmışdı. Onun ayağında sınıq və boynunda şübhə doğuran ləkə aşkarlanmışdı. İstintaq çərçivəsində Narinin 8 nəfər qohumu həbs olunub.
Aysel