Bayramda bu qədər adam qidadan zəhərlənib

Bayramda bu qədər adam qidadan zəhərlənib
SOSİAL
13:15 21.03.2025
217
Bayram günlərində 12 nəfər qidadan zəhərlənib.

Bu barədə AZXEBER.COM-a Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Bildirilib ki, martın 18-dən 21-nə qədə qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 12 nəfər qəbul edilib.

Onlarda ürəkbulanma, qusma və mədə şikayətləri olub.

Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb.
OXŞAR XƏBƏRLƏR