Bayramdan sonra bazarlarda vəziyyət necədir? - QİYMƏTLƏR - VİDEO

Bayramdan sonra bazarlarda vəziyyət necədir? - QİYMƏTLƏR - VİDEO
SOSİAL
10:58 02.01.2023
346

Bakıdakı bazarlarda dünənlə müqayisədə Yeni ilin ilk günü durğunluq yaşanır. Qiymətlərdə isə dəyişiklik yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, 1 kiloqram hinduşqa ətinin qiyməti 14-19 manata təklif olunur.

Bayram günlərində qaz ətinə də tələbat çox olur. Satıcılar bayramdan sonra qiymətin cüzi enəcəyini proqnozlaşdırırlar.

Meyvə-tərəvəz bazarında da bənzər vəziyyət yaşanır.

Satıcılar bu gün yaşanan durğunluğu insanların bölgələrdə istirahətdə olması ilə əlaqələndiriblər.


OXŞAR XƏBƏRLƏR