Bazarda 8 nəfəri güllələyən şəxsin - Fotoları

Bazarda 8 nəfəri güllələyən şəxsin - Fotoları
SOSİAL
11:26 18.06.2019
8107
Bu gün səhər saatlarında Ağstafada bazarda qanlı cinayət törədən şəxsin görüntüləri yayılıb.

Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında insanları güllələyən Elvin Süleymanov saxlanılıb.

Qeyd edək ki, iyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri

- Şərqiyyə Musayevanın, oğlanları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakinin Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Oradan iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elvin Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədilməsi, bu zaman onun "Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.

Təxirəsalınmadan həyata keçirilmiş əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər nəticəsinaə E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.

Ağır cinayəti törətməkdə şübhəli bilinən Elvin Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sözügedən hadisənin ağırlıq dərəcəsi və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda, cinayətin hərətərəfli, tam və obyektiv araşdırılması məqsədilə respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup artıq Ağstafa rayonuna ezam olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
///BAKU.WS 
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran: İsrail və ABŞ-nin hücumları nəticəsində zədələnmiş nüvə obyektləri yenidən qurulacaq
15:26 24.09.2025
İran: İsrail və ABŞ-nin hücumları nəticəsində zədələnmiş nüvə obyektləri yenidən qurulacaq
Adnan Əhmədzadənin müraciət müddəti bitdi: Qərar qüvvədə qaldı
15:12 24.09.2025
Adnan Əhmədzadənin müraciət müddəti bitdi: Qərar qüvvədə qaldı
Bu gün Xalq artistinin oğlunun toyudur
15:09 24.09.2025
Bu gün Xalq artistinin oğlunun toyudur
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
14:45 24.09.2025
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
14:41 24.09.2025
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
Tanınmış jurnalist vəzifəyə təyin edildi
14:35 24.09.2025
Tanınmış jurnalist vəzifəyə təyin edildi
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
14:27 24.09.2025
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
14:19 24.09.2025
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
14:10 24.09.2025
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
13:58 24.09.2025
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
13:47 24.09.2025
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır
13:45 24.09.2025
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır
Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub
13:40 24.09.2025
Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə başlayıb
13:39 24.09.2025
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə başlayıb
Ombudsman Aparatı: Hava Limanında tətbiq edilən yeni qayda qanuna uyğun deyil
13:31 24.09.2025
Ombudsman Aparatı: Hava Limanında tətbiq edilən yeni qayda qanuna uyğun deyil
"Reytinqə görə efirdə müğənnini yerə yıxırlar" - Almaxanım
13:29 24.09.2025
"Reytinqə görə efirdə müğənnini yerə yıxırlar" - Almaxanım