UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
AZXEBER.COM-un məlumatına görə, İstanbulun "Fənərbaxça" klubu evdə "Arsenal"a müqavimət göstərə bilməyib - 0:3.
Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
Çempionlar Liqası, pley-off mərhələsi (ilk oyunlar) 21 avqust "Dinamo" (Zaqreb, Xorvatiya) – "Austriya" (Avstriya) - 0:2 QOL: Leovak, 68, Stankoviç, 75 Qırmızı vərəqə: Ante Rukavina, 71 ("Dinamo") "Fənərbaxça" (Türkiyə) – "Arsenal" (İngiltərə) - 0:3 QOL: Gibbs, 51, Aron Remzi, 64, Olivye Jiru, 77 (pen.) "Ludogorets" (Bolqarıstan) – "Bazel" (İsveçrə) - 2:4 QOL: Marselo, 23, Stoyanov, 50 - Salah, 12, 59, Sio, 64, Şar, 84 (pen.) Qırmızı vərəqə: Uilson de Souza, 83 ("Ludogorets") "Şalke" (Almaniya) – PAOK (Yunanıstan) - 1:1 QOL: Farfan, 32 - Miroslav Stok, 73 "Styaua" (Rumıniya) – "Legia" (Polşa) - 1:1 QOL: Piovassari, 34 - Koseçki, 53