BBC Azərbaycan dilində radioyayımı dayandıracaq

MARAQLI
13:15 26.01.2011
1887

Bu barədə BBC-nin Londondakı Azərbaycan bürosundan bildiriblər. Radioyayım dayandırıldıqdan sonra BBC-nin Azərbaycan dili xidməti yayımı tam olaraq İnternetdə “online” sistemə keçirəcək.İxtisar BBC-nin digər dillər üzrə xidmətlərində də aparılacaq. Ümumilikdə 291 iş yeri ixtisar ediləcək. Dünən korporasiya beş dil xidmətinin tam bağlandığını bəyan edib. Makedon, alban, serb dillərində olan xidmətlər, Karib hövzəsi ölkələrində ingilis dilində və Afrikadakı portuqal dilindəki yayım öz fəaliyyətini dayandıracaq. 70 vəzifənin ixtisarı məhz bağlanan bu beş bölmənin payına düşəcək. Bundan başqa, Ukrayna, türk, Vyetnam və Çin dillərində radioyayım dayandırılacaq.Korporasiya təxminən 2,4 min iş yerindən 650-sini ixtisar edəcək. //Trend

OXŞAR XƏBƏRLƏR