BBC-dən müsəlmanlara Ramazan hədiyyəsi

BBC-dən müsəlmanlara Ramazan hədiyyəsi
MEDİA
21:55 30.08.2011
2068
Ramazan bayramında süfrəni bəzəmək üçün BBC internet saytında müsəlmanlara müxtəlif yemək reseptləri təklif edib. Təklif edilənlərin arasında donuz ətindən hazırlanan yeməyə də yer verilməsi isə səs-küyə səbəb olub. Buna ilk növbədə Ingiltərədə yaşayan müsəlmanlar reaksiya veriblər.BBC-nin Ramazan bayramı münasibətilə müsəlmanlara təklif etdiyi yeməyə “Twitter” sosial paylaşma şəbəkəsində də münasibət bildirilib. Bundan sonra saytda yer alan yemək resepti səhifədən çıxarılıb.Məsələyə münasibət bildirənlərdən biri də Ingiltərədə fəaliyyət göstərən Iş adamları Dərnəyinin rəhbəri Hakan Camuz olub: “Ramazan bayramının müsəlmanlar üçün nə qədər əhəmiyyətli olduğunu düşünəcək qədər geniş təsəvvürə malik olan BBC-nin müsəlmanların donuz əti yemədiyini bilməyəcək qədər laqeyd olması qəbuledilməzdir”.Camuz deyir ki, mütləq BBC bu məsələyə görə Ingiltərədə yaşayan müsəlmanlardan üzr istəməlidir.
OXŞAR XƏBƏRLƏR