BBC Gəncədən reportaj hazırladı: Bu, açıq-aşkar mülki əhalinin hədəfə alınmasıdır

BBC Gəncədən reportaj hazırladı: Bu, açıq-aşkar mülki əhalinin hədəfə alınmasıdır
SİYASƏT
14:57 13.10.2020
1179

BBC telekanalı Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı reportaj yayımlayıb.

AZXEBER.COM xəbər verir ki, reportajda Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmanın ilk 24 saatda pozulduğu qeyd edilir. Diqqətə çatdırılır ki, Gəncə şəhərində yaşayış binasına atəş açıldıqdan sonra Azərbaycan Ermənistanın müharibə cinayəti törətdiyini bildirir.

Reportajda Ermənistanın raket hücumu nəticəsində dağılmış evlərin, yaxınlarını itirmiş insanların görüntüləri təqdim edilir.

BBC-nin hadisə yerində olan müxbiri dağıntıları göstərərək "Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə bu insanların yaşadığı yerlərdən görün geriyə nə qalıb”, - deyə qeyd edir. Vurğulanır ki, bu, açıq-aşkar mülki əhalinin hədəfə alınmasıdır. Bu dağılmış binalarda, mənzillərdə insanlar yaşayırdılar. Dağıntılar arasında yataqlar, yorğan-döşək görmək mümkündür. Hücum yerli vaxtla gecə saat 2-də baş verib.

"Atəşkəs olmalı idi, lakin bu, əsl müharibənin əlamətləridir. Bəs indi nə olacaq? Atəşkəs artıq bitdimi? Bu suallarla Prezidentin köməkçisi Hikmət Hacıyevə müraciət etdik. Hikmət Hacıyev dedi ki, əgər Ermənistan azərbaycanlı mülki əhaliyə hücumu davam etdirsə, Azərbaycan Ermənistanın hərbi hədəflərinə qarşı lazımi tədbirləri görmək məcburiyyətindədir.

"Siz deyirsiniz ki, onlar sizə atəş açıb və sizin buna cavab vermək hüququnuz var. Bunlardan hansı olacaq? Siz atəşkəsə davam edirsiniz, yoxsa bu hücuma cavab verəcəksiniz?” sualına cavabında Prezidentin köməkçisi deyib: "Hazırda biz atəşkəs rejiminə sadiq qalmışıq. Ancaq ermənilər Azərbaycanın mülki əhalisinə hücum etməyə davam eləsələr, dünyadakı bütün dövlətlər kimi, bizim də özünümüdafiə hüququmuz var.
Jurnalist raket hücumu nəticəsində dağılmış evlərdən birinin içərisindən də görüntüləri təqdim edir və dağıntılar arasındakı yorğan-döşəyi göstərərək "evin sakininin nəvələri bu yataqda yatırdılar, xoşbəxtlikdən onlar sağ qala biliblər”, - reportajda bildirilib.







OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şimali Koreyanın raket buraxılışından sonra Cənubi Koreyada təcili iclas keçirilib
08:06 12.10.2026
Şimali Koreyanın raket buraxılışından sonra Cənubi Koreyada təcili iclas keçirilib
Tramp Ağ Evin yeni mətbuat katibinin ilk brifinqinin tarixini açıqlayıb
07:54 12.10.2026
Tramp Ağ Evin yeni mətbuat katibinin ilk brifinqinin tarixini açıqlayıb
Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib
07:43 12.10.2026
Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib
İlon Mask ABŞ ilə Rusiyanı birləşdirə bilər
07:28 12.10.2026
İlon Mask ABŞ ilə Rusiyanı birləşdirə bilər
Ukrayna zərbələri davam etdirməlidir - Kelloq
07:10 12.10.2026
Ukrayna zərbələri davam etdirməlidir - Kelloq
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
06:50 12.10.2026
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
06:38 12.10.2026
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
06:23 12.10.2026
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
06:08 12.10.2026
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
05:50 12.10.2026
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
05:38 12.10.2026
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
05:23 12.10.2026
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
05:12 12.10.2026
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
05:00 12.10.2026
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
04:48 12.10.2026
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
04:36 12.10.2026
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”