Britaniyanın BBC yayım korporasiyasının baş direktoru Tim Deyvi ABŞ Prezidenti Donald Trampın çıxışının saxtalaşdırılması ilə bağlı qalmaqal fonunda istefa verib.
Bu barədə korporasiyanın özü məlumat yayıb.
BBC-nin bəyanatına görə, korporasiyanın xəbər yayımı üzrə rəhbəri Debora Terness də vəzifəsindən ayrılıb.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Karolayn Levitt bildirib ki, BBC Trampın 2021-ci ilin yanvarında Kapitoliyə hücumdan əvvəlki çıxışını təhrif edib. Onun sözlərinə görə, korporasiya ABŞ liderinin çıxışını bilərəkdən saxtalaşdıraraq elə bir təəssürat yaradıb ki, guya o, Kapitolidəki iğtişaşları dəstəkləyib.
/report










































