BBC-nin əməkdaşları 23 iyulda maaşların artımı tələbiylə tətilə çıxacaqlar.Azxeber.com-un məlumatına görə, aksiyada jurnalistlərlə yanaşı həm də yayım korporasiyanın texniki əməkdaşları iştirak edəcək. Tətil günorta başlanacaq və 12 saat davam edəcək.Jurnalistlərin milli ittifaqında hesab edirlər ki, son beş il ərzində BBC-nin jurnalistlərinin real maaşı 10% aşağı düşüb. Bundan başqa, şirkətdə qeyd edirlər ki, həddən artıq çox pul menecerlərin maaşlarına və bonuslarına gedir.Jurnalistlər ittifaqının birinci katibi Mişel Stenistritin sözlərinə görə, menecerlər özlərinin yaxşı qazanclarından həzz alırlar. Stenistrit hesab edir ki, BBC-nin rəhbərlərinin maaşını 150 min funt səviyyəsində məhdudlaşdırmaqla azad olmuş pulu işçilərin maaşlarının artımına sərf etmək lazımdır.Jurnalistlər ittifaqının 77% üzvü tətil ideyasını dəstəkləyib. BBC ildə 50 min funt az qazanan əməkdaşlara 650 funt maaşı yüksəltməyi təklif edib.