Paris Moda Həftəsində iştirak edən dünyaca məşhur model Adriana Lima böcəklərinin hədəfinə çevrilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 2024-cü il Paris Olimpiadasına ev sahibliyi edəcək Fransada yataq böcəyi ilə bağlı narahatlıqlar artıb. Son həftələrdə şəhərə qeyri-adi böcəklərin hücumu davam edir.
Paris Moda Həftəsi üçün şəhərə yollanan və lüks oteldə qalan Victoria Secret-in modeli Adriana Limanı yataq böcəyi dişləyib.
Maşında makiyajsız fotosunu paylaşan modelin üzündən böcəklərin onu dişlədiyi görünür.
Gülay