Böcəklər ən çox hansı insanların qanını içir?

MARAQLI
13:05 17.07.2013
1764

Bu böcəklər hər qanı yemirlər

Florida universitetinin elm adamlarının apardığı araşdırmalardan böcəklərin ən çox hansı insanlararın qanlarına meyilli olduğu müəyyən olunub.

AZXEBER.COM-un məlumatına görə, insan qanı ilə qidalanan bu böcəklər 1-ci qrup qan nümayəndəsi olan insanlara daha çox meyillidirlər. Buna səbəb isə bu qan qrupunun digər qanlardan dadlı, ləzzətli olmasıdır. Aparılan araşdırmalarda göstərilir ki, hər 100 nəfərdən 20-sinin qanı böcəklər tərəfindən istismar olunur.

Böcəklərin diqqətini çəkən ikinci amil isə pis qoxulardır. Belə ki, ayaq, qolaltı və.s iylər böcəklərin diqqətini çəkir. Onlar bu cür pis qoxan insanların qanlarını daha həvəslə yeyirlər.

Yaponiya alimləri isə hamilə qadınları diqqətli olmağa çağırıb. Qan ilə qidalanan bu böcəklərin əsas hədəflərindən biri də hamilə qadınların qarın nahiyəsidir. Çünki burada temperatur insan vücudu ilə müqayisədə nisbətən isti olur.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR