BDU-da #codeforfuture layihəsinin məzun günü keçirildi - FOTOLAR

BDU-da  #codeforfuture layihəsinin məzun günü keçirildi - FOTOLAR
SOSİAL
17:21 14.06.2023
197

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyilə Code Academy tərəfindən 2021-ci ildən etibarən icra olunan #CodeForFuture layihəsinin Bakı Dövlət Universitetində 2022-2023-cü tədris ilinin payız semestrinin tələbələri üçün məzun günü keçirilib.

 

AZXEBER.COM xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən universitetin rektoru Elçin Babayev, Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin sədr müavini Kamran Rəsulov, Code Academy tədris müəssisəsinin təsisçisi və icraçı direktoru Ülvi Aslanov layihənin əhəmiyyəti haqqında məlumat vermiş, yüksək nəticə ilə tədrisi bitirən tələbələri təbrik edərək, diplomlarını təqdim ediblər.

 

Ümumilikdə, Bakı Dövlət Universitetində Code Academy tərəfindən 4 semestr icra olunan #CodeForFuture layihəsi çərçivəsində 276 tələbə təhsil alıb, əmək bazarına hazır kadr kimi formalaşaraq, aşağıdakı əsas üstünlükləri əldə ediblər.


- BDU məzunu olaraq diplomun alınması

- Code Academy-də təhsilini təsdiqləyən diplom/sertifikat

- Layihə işləri əsasında ilk peşəkar portfolionun formalaşması

- Beynəlxalq sertifikat qazanaraq, iş həyatına rahatlıqla başlama imkanı.

 

2022-2023-cü tədris ilinin payız semestri üzrə 100 tələbənin iştirakı ilə davam edən layihədə proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu sahələrinin tədrisi həyata keçirilmişdir. Tələbələr tədris müddəti ərzində əldə etdikləri bilikləri real iş mühitinə uyğun hazırladıqları kiçik və final layihələr üzərində tətbiq edərək, praktiki bacarıqlarını da inkişaf etdiriblər.  

 

BDU-da hər semestr əldə olunan nəticələr digər semestrlə müqayisədə daha da yüksək olub. Belə ki, 2022-2023-cü tədris ili ərzində Sistem və Şəbəkə administratorluğu proqramı üzrə təhsil alan 48 tələbədən 37 nəfəri beynəlxalq CompTIA A+ Core1 və Core2 sertifikatı, 1 nəfər isə həm də CCNA sertifikatı əldə etmişdir. Bu sertifikatı əldə edən şəxslərin hər biri rəqabətli əmək bazarında çox rahatlıqla iş imkanı qazanırlar. Həmçinin, payız semestrindən məzun olan 100 tələbədən 17 nəfəri yüksək şərəf, 27 nəfəri isə şərəf diplomu əldə edərək, təhsilini çox yüksək nəticələrlə başa vurublar.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin dəstəyilə icrasına start verilən layihə uğurla davam edərək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyilə Technest təqaüd proqramı çərçivəsində regionlarda həyata keçirilir, daha da genişlənərək, minlərlə tələbənin gələcəyinə töhfə verir. Hal-hazırda, hər iki nazirliyin dəstəyilə Code Academy AzTU, BDU, AzMİU, LDU, SDU və GDU-da tədrislərini davam etdirir.

 

Layihə haqqında ətraflı məlumatla https://forfuture.code.edu.az/saytına keçid edərək tanış ola bilərsiniz.

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
10:04 31.07.2026
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
09:59 31.07.2026
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
09:55 31.07.2026
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib