BDU-nun İlahiyyət fakültəsində məhkəmə qalmaqalı - Dekan müavininin əleyhinə ifadə verən müəllim işdən çıxdı

SOSİAL
13:54 04.07.2017
4027
BDU-nun "İlahiyyat” fakültəsində tyutor işləyən  Aynur Məmmədova (Zərrintac)  fakültəsinin dekan müavini Nigar İsmayılzadənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı məhkəmə prosesində tələbənin xeyrinə ifadə verdiyi üçün təzyiqlərə məruz qaldığını iddia edib.
 
AZXEBER.COM xəbər verir ki, məhkəmədən sonra A.Məmmədova Tutor və Ərəb dili müəllimi kimi çalışdığı BDU-nun "İlahiyyat”  fakültəsindən ayrıldığını bildirib. O buna səbəb kimi, iyunun 21-də Yasamal rayon məhkəməsində dekan müavini Nigar İsmayılzadə haqqında verdiyi tənqidi ifadənin səbəb olduğunu deyib:
 
"Heç vaxt təsəvvür etməzdim ki, dekan müavini təyin olunacaq universitet müəllimim sonradan mənə onun rüşvət əməlini məhkəmədə açıb dediyimə görə tərbiyəsiz deyəcək. Əsəbisən, get başını düzəltdir deyəcək. Dəyişdirdiyi dərs jurnalına görə təyin olunan komissiya heyəti onu müdafiəsi üçün şiddətli töhməti mənə verəcək. Və s. və ilaxır işlər olacaq. Tələbəni şərəf və ləyaqətini təhqir etdiyinə görə məhkəməyə verəcək. Və qərara gəldim ki, mart ayından bu yana baş verən bu qədər haqsızlığa qarşı məhkəmədə şahid kimi hər şeyi danışım. Bəlkə də bu heç nəyi dəyişməycək. Sadəcə aylardır məni əzən bu prosesdə bir şey öyrəndim ki, vəzifə həmişə məsuliyyətsiz adamın arzusu olur. Kresloya yayxanıb imza atsın deyə. Harasa gedəndə qabağında baş əysinlər deyə". 
 
Aynur Məmmədova iyunun 21-də məhkəmədə dərsə gəlməyən tələbənin imtahanda iştirakını təmin etmək üçün Nigar İsmayılzadənin yeni jurnal hazırlatdırdığını demişdi. O bəzi tələbələrin rüşvət verərək dərsə gəlmədiklərini də əlavə etmişdi:
 
"Jurnal Lalə Hacıyeva adlı bir tələbəyə görə dəyişdirilib. Fakültədəki rüşvət hallarının araşdırılmasını istəyən tələbələrin adından BDU-nun rektoruna ünvanlanmış ərizədən sonra araşdırma aparan komissiya da jurnalın dəyişdirilməsi haqda rəy verib. Fakültədə rüşvət söz-söhbəti vardı. Mən kiminsə rüşvət aldığını görməmişəm. Hətta tələbələr gəlib deyirdilər ki, məsələn, Lalə pul verir, dərsə gəlmir, biz də elə eləyə bilərik? Mən Lalədən bu haqda soruşdum, əvvəl demədi, amma sonradan bildirdi ki, qayınatası dekan müavini Nigar İsmayılzadəyə 500 manat pul verib”.
 
Qeyd edək ki,  fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayev mətbuata açıqlamasında fakültədə rüşvət hallarının olması ilə bağlı danışmışdı. O, bu işdə dekan müavini Nigar İsmayılzadənin adını hallandırmışdı. Dekan müavini isə tələbənin mətbuatda bu cür iddialar səsləndirməsinə görə xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. 
 
Onu da qeyd edək ki, N.İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin bacısıdır.
 

 
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb