BDU-da dəyirmi masa keçirildi - FOTOLAR

BDU-da dəyirmi masa keçirildi - FOTOLAR
Bütün Xəbərlər
19:30 01.11.2013
1186

III Bakı Beynəlxalq Humanitar Forumunun Bakı Dövlət Universiteti tərəfindən təşkil edilən “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi” mövzusunda Dəyirmi masası keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, bu gün Four Seasons hotelinin rast zalında III Bakı Beynəlxalq Humanitar Forumunun Bakı Dövlət Universiteti tərəfindən təşkil edilən “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi” mövzusunda Dəyirmi masası keçirilib. İclası açan universitetin rektoru, akademik Abel Məhərrəmov onun əhəmiyyətindən danışıb. Bilidirb ki, məşhur siyasətçilərin, alimlərin, yaradıcı ziyalıların diqqətini cəlb edərək beynəlxalq humanitar əməkdaşlığın mühüm aspektlərinə dair dialoqun inkişafına sanballı töhfə verən, “XXI əsr: ümidlər, çağırışlar” devizi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu Rusiya və Azərbaycan Prezidentlərinin təşəbbüsü ilə 2011-ci ildə təsis olunub. 2011-ci ildə birinci, 2012-ci ildə ikinci Forum keçirilib. Bu Forumlarda tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı Laureatları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələri iştirak ediblər. Bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri aparılmış, beynəlxalq miqyasda həlli zəruri olan aktual problemlər müzakirə edilərək müvafiq qərarlar və Bəyannamələr qəbul edilib. Nəticədə qloballaşan dünyanın reallıqları nəzərə alınmaqla humanitar aspektdə XXI əsrin ümid və çağırışlarının müəyyən edilməsi və bu sahədə sürətli inkişafa nail olunması baxımından çox böyük missiya yerinə yetirilib.

Qeyd etmək lazımdır ki, I Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Dünyanı dəyişdirən müasir texnologiyalar” və II Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar” adlı Dəyirmi masalar da Bakı Dövlət Universiteti tərəfindən təşkil edilmiş və yüksək səviyyədə həyata keçirilmişdir.

III Bakı Beynəlxalq Humanitar Forumun Bakı Dövlət Universiteti tərəfindən təşkil edilən “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi” mövzusunda bu Dəyirmi masasında 28 ölkədən 74 nümayəndə iştirak edir. Ən çox nümayəndə Rusiya, Ukrayna, İordaniyadandır. O cümlədən Dəyirmi masa Bakı Dövlət Universitetindən 40 nəfər iştiak edib.

Dəyirmi masada Amerika, İngiltərə, Fransa, Almaniya, Kanada, İspaniya, İtaliya, Türkiyə, Rumıniya, Misir, Küveyt, Macarıstan, Xorvatiya, Polşa, Rusiya, İordaniya, Bolqarıstan, Çexiya, Ukrayna, Qazaxıstan, Estoniya, Latviya, Litva, Türkmənistan, Tacikistan, Delarus, Gürcüstan, Moldovadan nümayəndələr iştirak edir.

Qonaqlar araında Nobel mükafatı Laureatları, Universitet rektorları, Prorektorlar, Kafedra müdirləri, Senat sədri və üzvləri, İnstitut direktorları, Direktor müavinləri, akademiklər, professorlar, dosentlər, agentlik sədrləri, şirkət sədrləri, media nümayəndələri, vitse-prezidentlər, meriya üzvləri var.


Dəyirmi masa üç işçi bölmədən ibarətdir.

I iclas. Fundamental elmlər sahəsində innovasiyalar (1000 – 1120)

Moderator – Corc Ficerald Smut (Fizika üzrə Nobel Mükafatı Laureatı, ABŞ).

Ko-moderator – Valeriy Vasilyeviç Lunin (Rusiya Elmlər Akademiyasının akademiki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin dekanı, professor).

Ko-moderator – Kazımzadə Aydın Həsən oğlu (Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, professor).

II iclas. Elm və təhsilin inteqrasiyası: təhsilin elmi innovasiyalar əsasında inkişafı (1140 – 1300)

Moderator - Məhərrəmov Abel Məmmədəli oğlu (Bakı Dövlət Universitetinin rektoru, akademik).

Ko-moderator – Eden Mamut (Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri, professor, Rumıniya).

Ko – moderator – Mayk Saks (Saffolk universitet şəhərciyinin rektoru və rəhbəri, professor, İngiltərə).

III iclas. Fundamental və ictimai elmlərin inteqrasiya tendensiyaları (1400 – 1540)

Moderator – Klaus fon-Klitsinq (Maks Plank adına Bərk Cismlər Tədqiqat İnstitutunun direktoru, Fizika üzrə Nobel mükafatı laureatı, Almaniya).

Ko-moderator – Leonid Vasilyeviç Quberskiy (T.Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, Ukrayna Milli Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, professor).

Ko-moderator – Əliyeva İradə Nurəddin qızı (Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor).

Dəyirmi masada 25 məruzə (o cümlədən 12 xarici ölkələrdən dəvət edilmiş və 13 BDU əməkdaşlarının məruzələri) dinlənilmişdir. Məruzələr ətrafında geniş müzakirələr aparılmış və yekunda Forumun Bəyannaməsi qəbul edilmişdir.

OXŞAR XƏBƏRLƏR