BDU-nun 23 milyonluq tenderini yenə o şirkət uddu

BDU-nun 23 milyonluq tenderini yenə o şirkət uddu
SOSİAL
15:17 05.01.2026
231

Bakı Dövlət Universitetinin (BDU) 1 nömrəli tədris binasının əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurulub. 

AZXEBER.COM "Qaynarinfo”ya istinadən xəbər verir ki, tenderin qalibi "Koneks Construction” MMC seçilib.

BDU ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 23 489 887,57 manatdır. 

Bildirilib ki, "Koneks Construction” MMC satınalma müsabiqələrində fəal iştirak edən şirkətlər sırasındadır. MMC bir çox hallarda təmir-tikinti işləri ilə bağlı tenderlərin qalibi seçilib. Lakin bəzən də geyim və invertar satan şirkət kimi ortaya çıxır. 

Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat olmadığından onun konkret fəaliyyət sahəsi, həmçinin maddi-texniki bazasının hansı səviyyədə olduğu bəlli deyil. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Koneks Construction” MMC 27 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən şirkətin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. 

Mehdi Fərzəlibəyovdan əvvəl şirkəti Osmanlı Vahid Cuma oğlu, ondan öncə isə Xurşudov Samir Azad oğlu təmsil edib. Açıq mənbələrdə nə Mehdi Fərzəlibəyov, nə Vahid Osmanlı, nə də Samir Xurşudov haqqında məlumat var. 

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan məlum olur ki, "Koneks Construction” MMC 2021-ci ildən satınalma müsabiqələrində iştirak etməyə başlayıb və ilk sifariş aldığı qurumlardan biri BDU olub. Universitet 2024-cü ildə də şirkətlə satınalma müqaviləsi imzalayıb. Həmin müqavilə invertarların satın alınması ilə bağlı olub. BDU şirkətdən 952 092,43 manata kabinet dəsti, dolab, kreslo, stul və s. bu kimi invertarlar alıb. 

Ümumiyyətlə, BDU-nun keçirdiyi tenderlərdən görünür ki, "Koneks Construction” MMC universitetin sevimli şirkətidir. BDU-nun rektoru Elçin Babayevdir. O, 2019-cu ildən, yəni, "Koneks Construction” MMC dövlət qeydiyyatına alındığı ildən BDU-ya rəhbərlik edir. 

 

 
 
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
14:23 18.09.2026
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
Pezeşkian ABŞ-yə gedir
14:07 18.09.2026
Pezeşkian ABŞ-yə gedir
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
13:59 18.09.2026
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi