BDU-nun korpusu təmirə bağlana bilər - Tələbələr köçürüləcək - RƏSMİ

BDU-nun korpusu təmirə bağlana bilər - Tələbələr köçürüləcək - RƏSMİ
SOSİAL
17:42 16.12.2022
271

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusu təmirə bağlanacaq. 

AZXEBER.COM xəbər verir ki, 2-ci korpus təmirlə əlaqədar 1 semestrlik bağlanacaq. 

Bu müddət ərzində universitetin sözügedən korpusunda təhsil alan birinci və üçüncü kurs tələbələri Odlar Yurdu Universitetində, ikinci və dördüncü kurslar isə Təfəkkür Universitetində tədrislərinə davam etdirəcəkləri bildirilir.  

BAKU.WS məsələ ilə bağlı universitetlə əlaqə saxlayıb. Təhsil ocağının mətbuat xidmətindən bildirilib ki, 2 saylı korpusun təmir etdirilməsi məsələsi gündəmdədir. Lakin hələlik nə təmirin vaxtı, nə də tələbələrin hara köçürüləcəyi məsələsi dəqiq deyil. 

OXŞAR XƏBƏRLƏR