BDU-nun qarşısında tələbə izdihamının yaranmasının səbəbi açıqlandı

BDU-nun qarşısında tələbə izdihamının yaranmasının səbəbi açıqlandı
SOSİAL
10:42 29.09.2021
608
Bakı Dövlət Universiteti (BDU) əyani tədrisin bərpa olunması ilə yaşı 18-dən yuxarı olan tələbələrin koronavirus pasportlarının yoxlanılması səbəbindən təhsil müəssisəsinin qarşısında yaranan izdihama aydınlıq gətirib.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirib ki, universitetdə tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub.

O qeyd edib ki, mühafizəçilərin universitet ərazisindən kənara nəzarət etməyi mümkün deyil: "Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub-olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir".
OXŞAR XƏBƏRLƏR