BDU-nun Səriyyəsi və ya təhsilimizin "səviyyəsi" (KÖŞƏ)

BDU-nun Səriyyəsi və ya təhsilimizin "səviyyəsi" (KÖŞƏ)
KÖŞƏ
00:24 12.12.2011
9324
Rusiyanın xəbər portallarından olan “Afişa.ru” SSRİ-nin dağıldığı dövrdə anadan olan, hazırda 20 yaşda gənclərdən müsahibələr götürür. Sayt rəhbərliyi keçmiş müttəfiq respublikalardan 15 nəfər seçiblər, Bakıdan da Səriyyə Əliyeva adlı bir qızı danışdırıblar. Səriyyə də böyük məmnuniyyətlə rus jurnalistin suallarını cavablandırıb. O, ağlına və ağzına gələn hər şeydən danışıb. Hətta o qədər “təsirli” danışıb ki, son günlər sosial şəbəkələrdə, forumlarda hər kəs onu müzakirə edir. Səriyyə Əliyeva kimdir?Səriyyə 10 oktyabr 1991-ci ildə Bakı şəhərində anadan olub. BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsidir. Müsahibə qeyd olunur ki, Səriyyə Azərbaycan, rus, alman, ingilis, fransız dillərini bilir. O indiyə kimi Rusiya, Türkiyə, İspaniya, BƏƏ, İtaliya, Çexiya və Yunanıstanda olub. Qəhrəmanımızın atası mühəndis, anası isə evdar xanımdır. Səriyyə müsahibədə nə deyib?Əslində, Səriyyəni məşhurlaşdıran müsahibə vaxtı dediyi qəribə fikirlər olub. 20 yaşlı gəncimiz sözünə belə başlayır: “Əvvəllər Bakıda yəhudilər, ermənilər, kubalılar yaşayırdı, hətta həmin ölkələrdən Azərbaycana təhsili almağa da gəlirdilər. Amma Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra onlar hamısı çıxıb getdilər” BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsi həmçinin deyir ki, 20 Yanvar faciəsini ermənilər törədib. Qeyd edim ki, saytın redaktoru Səriyyənin siyasi səhvinə düzəliş edib. 5 dil bilən poliqlot xanım daha sonra qeyd edir ki, Azərbaycan əhalisinin 90%-i peyk antenlər vasitəsilə rus kanallarına baxır. Hətta Səriyyənin nənəsi Azərbaycan dilində verilişlər gedən zaman nəvəsindən verilişi rus dilinə tərcümə etməyi xahiş edir. Rus dilindən söz düşmüşkən Səriyyə müsahibəsində deyib ki, hazırda Bakı rus və azərbaycanlı “sektor”larına bölünüb və o rus “sektor”unda yaşayır: “Bakı rus və azərbaycan “sektor”larına bölünüb və mən rus “sektor”unda yaşayır Azərbaycanda “sektor”unda yaşayanlara rus dili öyrədilmir, əvəzində ərəb, alman, fransız dilləri keçilir. Bu bölməni bitirən qızların səliqəsiz, əzablı görünüşləri var, çoxu da evdə oturub tez ərə getmək istəyirlər; Amma rus bölməsində oxuyan qızlar artıq 3-cü sinifdə oxuyanda uşağın necə dünyaya gəlməsini bilirlər. Soruşanda ki, “sən haradan bilirsən” deyirlər ki, kitabdan oxumuşuq, hətta kitabın müəllifini, səhifəsini belə dəqiqliklə deyirlər. Bundan başqa hansı kluba, kafeyə getsəz siz orada yalnız rus bölməsində oxuyan qızları görəcəksiz”. Maraqlıdır ki, bütün bunlara baxmayaraq Səriyyənin sevgilisi azərbaycan bölməsində oxuyur: “Mən sevgilim Azərbaycan “sektor”undandır. Sevgilim 16 yaşından işləyir, universitetdə oxuyur və mən ora ərə getməyi arzulayıram və bununla da rus bölməsi söhbətini bağlayıram”. Səriyyənin bağladığı söhbət bir neçə gündür ki, internet məkanında açıq olaraq qalır. Hətta Səriyyənin adı “Tvitter”də günün trendi olub. Flaqman BDU-nun tələbəsi belə danışırsa...Bir daha qeyd edim ki, Sərriyə Azərbaycanın flaqman universiteti sayılan Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində təhsil alır və dediyinə görə 4 xarici dil bilir. Buradan belə qənaətə gəlmək olar ki, Səriyyə bir neçə ildən sonra Azərbaycanı beynəlxalq arenada təmsil edəcək. Ali savadlı qızımız “Afişa”ya dediklərini sabah beynəlxalq bir konfransda desə necə olacaq? Kim deyə bilər ki, bu gün Səriyyənin qrup yoldaşları ondan daha ağıllıdır? Bəlkə də Səriyyə fakültənin ən nümunəvi tələbələrindən biridir. Hətta belə deyilsə belə o ali məktəb tələbəsidir. BDU tələbəsinin səviyyəsi budursa o zaman bayağı musiqilərə qulaq asan, Səriyyə dediyi kimi 07-ni “odnorazıvı” istifadə edən “qaqaş”ları səviyyəsi nə yerdədir görəsən? Günah təkcə Səriyyədədirmi?Azərbaycanın ciddi informasiya agentliklərindən biri Səriyyəni kəskin tənqid edən məqalə yayımlayıb. Əslində, həmin saytda belə məlumatın getməsi çox normaldır. Çünki informasiya müharibəsində bu agentliyin rolu çox böyükdür və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla məşğuldur. Ermənilərin də sayta daxil olduuğunu nəzərə alıb bu hərəkətin təqdirəlayiq olduğunu deyə bilərəm. Çünki Səriyyə bir müsahibəylə ölkəmiz haqda mənfi imic formalaşdırmağı bacaran gənclərimizdəndir. Amma çox təəsüf ki, məqalədə yalnız Səriyyə və ona tərbiyə verən anası günahlandırılır. Doğurdanmı müsahibənin bu qədər bərbad alınmasının günahkarı təkcə 20 yaşlı bir qızdır? Səriyyənin yerinə başqa bir gəncimiz olsaydı tam fərqlimi danışacaqdı? Bu suala birmənalı şəkildə yox cavabını verə bilərəm. Gələn baxaq ki, bu gün Azərbaycan gənclərinin neçə faizi rus dilini bilir? Universitet tələbəsi olan gənclərimiz nə qədərdir? Nə qədər gəncimiz Səriyyə kimi 5 dil bilir? İnanın ki, araşdırma aparsaq bu faiz çox cüzi olacaq. Belə olan təqdirdə nəyə görə bütün məsuliyyəti Səriyyənin üzərinə atmalıyıq ki? Səriyyənin belə danışmasında təhsil sistemizin günahı azdırmı? Demək olar ki, hər gün mətbuat səhifələrində Təhsil Nazirliyi ilə TQDK-nın “soyuq” müharibəsini izləyirik, bütün günü nazirlik komitəni, komitə isə nazirliyi suçlayır. Əslində bu gün Səriyyə kimi, bizim kimi gənclər məhz bu savaşın qurbanlarıyıq. Təhsilimizdə vəziyyət belə davam etsə 5 il sonra Səriyyənin müsahibəsini oxuyub şükür edəcəyik. p.s. Məqaləni yazarkən sosial şəbəkələrdə Səriyyə haqda təhqiredici video materiallara rast gəldim. Mənə maraqlıdır əgər 20 yaşlı qızcığazın atası mühəndis, anası evdar qadın olmasaydı bu videoları hazırlayan insanlar yenə eyni şücaəti göstərə bilərdilərmi?Hacıbəy HEYDƏRLİ
OXŞAR XƏBƏRLƏR