BDU-nun tələbəsi karantinə alındı

BDU-nun tələbəsi karantinə alındı
SOSİAL
15:31 31.01.2020
2749

"Çin vətəndaşı Kliniki Tibbi Mərkəzdə (KTM) karantinə alınıb". 

AZXEBER.COM xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, 22-23 yaşlı çinli oğlan Bakı Dövlət Universitetinin tələbəsidir və bu yaxınlarda Çindən Azərbaycana gəlib:

"Koronavirus təhlükəsi ehtimal olunmur. Sadəcə olaraq, Çindən gəldiyi üçün 14 gün müddətində təhlükəsizlik səbəbilə karantində saxlanılacaq". 

 

C.İsayev qeyd edib ki, müayinənin nəticələrindən asılı olaraq qərar qəbul olunacaq.

OXŞAR XƏBƏRLƏR