BDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ

BDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ
SOSİAL
10:16 15.08.2024
100
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

AZXBER.COM həmin müraciəti təqdim edir:

"Avtomobil yollarında yarana biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə hərəkət iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə, xüsusilə şəxsi avtomobillə dağlıq və dağətəyi rayonlara səfər edən, eləcə də sərnişindaşıma fəaliyyəti göstərən sürücüləri əlverişsiz havalarda sürət həddini minimuma endirməyə, yol şəraitini nəzərə almağa, hərəkət zamanı kifayət qədər ara məsafəsi saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırırıq".
OXŞAR XƏBƏRLƏR