Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Qrup mərhələsində ilk iki yeri tutmuş 24 komanda ilə yanaşı, ÇL-in qrup mərhələsini üçüncü bitirmiş 8 klub da 1/16 və 1/8 mərhələsinin püşkatmasında iştirak edib.Ümumilikdə, 32 komandanın adı iki səbətə yerləşdirilib və püşkatma keçirilib.
Azərbaycan futbol azarkeşləri üçün daha çox maraq doğuran Türkiyənin "Beşiktaş" komandasının kiminlə qarşılaşacağı idi. "Beşiktaş" son zamanlar türklərə "uğursuz" olan Ukrayna təmsilçisi ilə rəqib olub. Bu, Ukraynanın aparıcı klublarından olan Kiyev "Dinamo"sudur.
1/16 final mərhələsi:
"Napoli" - "Vilyarreal"
"Reyncers" - "Sportinq"
"Sparta" - "Liverpul"
"Anderlext" - "Ayaks"
"Lex" - "Braqa"
"Beşiktaş" - "Dinamo" (Kiyev)
"Bazel" - "Spartak" (Moskva)
"Yanq Boyz" - "Zenit"
"Aris" - "Mançester Siti"
PAOK - ÇSKA (Moskva)
"Sevilya" - "Porto"
"Rubin" - "Tvente"
"Lill" - PSV
"Benfika" - "Ştutqart"
BATE - PSJ
"Metallist" - "Bayer"
1/8 final mərhələsi
"Benfika" - "Ştutqart" / BATE - PSJ
"Beşiktaş" - "Dinamo" / "Aris" - "Mançester Siti"
"Rubin" - "Tvente" / "Yanq Boyz" - "Zenit"
"Sevilya" - "Porto" / PAOK - ÇSKA
"Lill" - PSV / "Reyncers" - "Sportinq"
"Metallist" - "Bayer" / "Napoli" - "Vilyarreal"
"Anderlext" - "Ayaks" / "Bazel" - "Spartak"
"Sparta" - "Liverpul" / "Lex" - "Braqa"/// premyerliqa.az