BƏDBƏXT HADİSƏ: Dörd yaşlı uşaq eskalatorda qaldı

BƏDBƏXT HADİSƏ: Dörd yaşlı uşaq eskalatorda qaldı
DÜNYA
23:44 16.09.2023
485
Moskva yaxınlığındakı "Şokolad" ticarət mərkəzində eskalator dörd yaşlı qızın barmaqlarını qoparıb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, o, valideynlərindən qabağa qaçıb və eskalatorun üzərində olarkən büdrəyib. Uşağın sol əlinin barmaqları hərəkət edən pillələrin arasında qalıb.

Valideynlər azyaşlını xilas edə bilsələr də, onun zədəsi ciddi olub. Belə ki, həkimlər qızın üç barmağını amputasiya etməli olublar.

Prokurorluq hadisə ilə bağlı araşdırmaya başlayıb.
OXŞAR XƏBƏRLƏR