Bədbəxt hadisə: ustanı cərəyan vuraraq öldürüb

Bədbəxt hadisə: ustanı cərəyan vuraraq öldürüb
SOSİAL
10:52 20.04.2021
463
Aprelin 19-da saat 10 radələrində Qəbələ rayonu ərazisində Yusifov Nəsir Yusif oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, aparılan araşdırmalarla Mingəçevir Regional Elektrik Şəbəkəsi MMC-nin Qəbələ yarımstansiyasının ustası Nəsir Yusifovun iş yerində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilmişdir.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR