Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hava Hücumundan Müdafiə sistemləri İranın 7 ballistik raket və 15 dronunu vurub.
APA xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 28-dən, yəni müharibə başlayandan BƏƏ 334 ballistik raket, 15 qanadlı raket və 1714 dron hücumuna məruz qalıb.
Məlumatda qeyd olunur ki, gündəlik hücumların sayı tədricən azalmaqdadır.









































