Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə limanında neft yükləmə əməliyyatları dayandırılıb.
AZXEBER.COM xəbər verir ki, bu haqda "Reuters" agentliyi məlumat yayıb.
Buna BƏƏ-nin neft sənayesi zonasına dron hücumundan sonrakı yanğın səbəb olub.
Füceyrə Oman körfəzində, Hörmüz boğazının kənarında yerləşir, günə təxminən 1 milyon barel xam neft bu limandan çıxır.










































