Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Rusiya və Ukrayna arasında məhbus mübadiləsinə vasitəçilik etmək cəhdində hər iki tərəfdən 205 nəfər azad edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, BƏƏ-nin vasitəçiliyi ilə həyata keçirilən 15-ci məhbus mübadiləsi ilə 4181 nəfər ölkəsinə təhvil verilib.
Bəyanatda vurğulanır ki, uğurlu mübadilə hər iki tərəfin davam edən münaqişənin həllində BƏƏ-nin diplomatik roluna inamını nümayiş etdirib.
BƏƏ həmçinin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləmək niyyətini bir daha bəyan edib və müharibənin, xüsusilə qaçqın və məhbuslara humanitar təsirinin azaldılmasının vacibliyini vurğulayıb.
Gülay