Etika Akademiyasında ənənəvi keçirilən "Ustad dərsləri”nin bu dəfəki qəhrəmanı Azərbaycanın əməkdar artisti , ŞHK üzvü, naşir, şoumen , Kinemotaqrafiya və Karikaturistlər Brilyinin üzvü Bəhram Bağırzadə olub.
AZXEBER.COM xəbər verir ki, "Gülüşdə etika və estetika” adlı seminarda Etika Akademiyasının məşqçi heyəti interaktiv sual-cavab vasitasilə müasir gənclərə intelektual gülüşü necə aşılamalı haqda müxtəlif suallar verdilər. Səmimiyyəti və hazır cavablığı ilə fərqlənən Bəhram Bağırzadə təhsilə çox önəm verdiyini və əsas açar olaraq keyfiyyətli təhsili xüsusi vurğuladı. Bəhram Bağırzadənin dəyərli fikirləri sırasında etiket dərnəklərində zövqün cilalanması üçün rəssamlığı , iti ağıl və məntiq üçün şahmatı , nitq mədəniyyəti üçün şifahi ədəbiyyatı , qamət üçün milli rəqsləri məsləhət gördü. Müasir gənclərə dəyərləri aşılmaqda yeniliklərin, internetin , yüksək texnologiyaların çox önəmli olduğunu və bununla əlaqəli öz övladları ilə daim məsləhət etdiyini söylədi.
Yeni nəsli daha düzgün anlamaq üçün onlarla ünsiyyəti və onların fikirlərinə hörmət etməyi tövsiyə etdi. Zövqün , intelektual yumorun , keyfiyyətli düçüncənin formlaşması üçün təhsilin gücünü və kütləvi informasiya vasitələrinin effektivliyini dəfələrlə vurğuladı. Hər kəsi Azərbaycan vətəndaşına çox hörmətlə yanaşmağı və görülən işlərdə gözəlliyin , milli dəyərlərin əskik olmamamsına diqqət yetrməyə çağırdı. Atasının məşhur , "pişik belə alanda ən gözəlin al” deyimi ilə fikrini izah etdi.
Etika Akademiyasında 2 saat davam edən bu seminar yüksək əhval ruhiyyəsi və effektiv məsləhətləri ilə yadda qaldı. Sonda Bəhram Bağırzadə Etika Akademiyasının işinə uğurlar arzu edərək bu yolda dəstək verəcəyini bildirdi. Etika Akademiyasının heyyəti isə öz növbəsində Bəhram Bağırzadənin yenı işıq üzü görəcək " Bakı – uşaqlar üçün " adlı kitabını etiket dərnəklərində milli dəyərlərin aşılanmasında istifadə etmək arzusunda olduqları üçün səbirsizliklə gözlədiklərini bildirdilər.