"KVN Parni İz Baku"nun tanınmış simalarından olan Bəhram Bağırzadə dünən “Qarabağ-İnter” oyununu izləyərkən göz yaşlarını saxlaya bilməyib. Oyunun gedişatından təsirlənən aktyor futbol qarşıdurmasında yaşanan anlardan sonra göz yaşlarına boğulub.
AZXEBER.COM xəbər verir ki, B.Bağırzadə “Qarabağ” komandasının “İnter”in qapısına vurduğu qolun hesaba alınmamasından çox təsirlənib. Onun yaşadığı təsirli, həyəcanlı anlar ətrafdakıların diqqətini çəkib.
Bağırzadənin ağlayan zaman çəkilən fotosunu “Hamamtimes” səhifəsi yayıb.
Azxeber.com