Bəhram Bağırzadənin səhhətində müsbət dinamika davam edir

TOP4
12:33 03.07.2020
1578
"Əməkdar artist Bəhram Bağırzadənin səhhətində dünəndən bu günə ciddi  dəyişiklik yoxdur. Müsbət dinamika davam edir”.

Bunu "Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Məlumat üçün bildirək ki, B.Bağırzadə bir neçə gün əvvəl ECMO cihazından ayrılıb.

Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:25 21.10.2020

Ermənistana məxsus daha 3 PUA məhv edildi

15:41 21.10.2020

Ceyhun Bayramovla Sergey Lavrovun görüşü barədə açıqlama verildi

15:30 21.10.2020

Zəngilanın iqtisadi və resurs potensialının təhlili

15:04 21.10.2020

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

14:56 21.10.2020

Abşeronda COVİD-19 əleyhinə növbəti reyd keçirildi - FOTO

14:50 21.10.2020

"Barselona" 4 futbolçusu ilə müqaviləni uzatdı - SİYAHI

14:41 21.10.2020

Düşmənin döyüş meydanında atıb-qaçdığı və Ordumuzun məhv etdiyi növbəti hərbi texnikalar - FOTO

14:34 21.10.2020

"Rayondan çıxdığım bu maşınla da geri qayıdacam" - VİDEO

14:31 21.10.2020

Zəngilanlılar şəhərin işğaldan azad olunma xəbərini belə qarşıladı - VİDEO

14:26 21.10.2020

“Yaşadıqlarımız bir-bir gözümün önündən keçir” - Aygün Kazımova

14:18 21.10.2020

Qırğızıstanda iqtisadi amnistiya elan edildi

14:13 21.10.2020

Naqif Həmzəyev: Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır

14:02 21.10.2020

"Azərbaycan Ordusu torpaqlarını azad etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edir" - Deputat

13:56 21.10.2020

“Vətən Sağ olsun” adlı yeni mahnı yazılıb - VİDEO

13:35 21.10.2020

Ermənilər sosial şəbəkədə Paşinyanın arvadını biabır etdilər - FOTO

13:26 21.10.2020

Azxeber.com-un təsisçiləri Türkiyə televiziyalarına Qarabağdan danışıblar - FOTO