Bəhruz Həsənov: "Hər il milli mətbuatımızla bağlı əlamətdar günlər ərəfəsində Əli Həsənova qarşı kampaniya başlayır"

Bəhruz Həsənov: "Hər il milli mətbuatımızla bağlı əlamətdar günlər ərəfəsində Əli Həsənova qarşı kampaniya başlayır"
MEDIA
14:52 23.07.2019
3946

"Meydan TV”-ni idarə edən şəxslərdən biri Həbib Abdullayev (Müntəzir) Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov haqqında növbəti dezinformasiya xarekterli status paylaşıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov özünün Facebook-dakı səhifəsində məlumat verib. Onun yazısını olduğu kimi təqdim edirik:

"Ümumiyyətlə, maraqlı tendensiyadır ki, hər il milli mətbuatımızla bağlı əlamətdar günlər ərəfəsində Əli Həsənova qarşı kampaniya başlayır və bu kampaniyada iştirak etmək üçün bəzi "ştatlı” mediaşünaslar, "bəlkə də qaytardılar” ümidi ilə hər yola əl atan bir sıra uğursuz insanlar sıraya düzülürlər. Hətta bunların içərisində ifrat emosiyaya qapılıb özünü "qoruq canavar”ına bənzədən də var, güzgü önündə özünü "aslan” hesab edən də. Olsun, bu artıq adi haldır, adətən əhəmiyyət vermirik. Necə deyərlər, dəyirman oz işini görər, çax-çax başını ağrıdar...Lakin Həbib Abdullayevin Əli Həsənovun "var-dövləti” ilə bağlı yazdığı status hətta "Meydan TV” –nin jurnalisti üçün belə ayıb hesab edilə biləcək dərəcədə uydurma iddialardan ibarətdir.

 

Bildirmək istəyirəm ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə media mənsublarının mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa edilmiş binaların heç birində Əli Həsənova məxsus əmlak yoxdur. Bəhs olunan binalardan birinin birinci mərtəbəsində ümumiyyətlə "obyekt” yoxdur, ancaq mənzillərdən ibarətdir və hal-hazırda jurnalist ailələri o mənzillərdə məskunlaşmışlar. Digər binanın ilk mərtəbəsi isə binanı inşa edən şirkət tərəfindən "Kaspi” uşaq bağçasına icarəyə verilmişdir. İstənilən halda, bu iddia boş və cəfəngdir. Əli Həsənova aid olduğu iddia edilən "Sapphire” və digər otellər şəbəkəsi, "Narşərab” və başqa restoranlar, marinalar və adı çəkilən digər obyektlər isə tamam başqa şəxslərə məxsusdur, irəli sürülən faktlar böhtan xarakterlidir.

Görünür, statusun müəllifi iddiaları yaxşı araşdırmayıb və yaxud araşdırmağa ehtiyac duymayıb. Nöbəti iddiaya gəldikdə isə, bütün məsuliyyət hissimlə bildirirəm ki, Əli Həsənovun Qubada villasının olması iddiası doğru deyil, sadəcə olaraq, Prezidentinin köməkçisi haqqında yanlış rəy formalaşdırmaq üçün hazırlanan, mütəmadi olaraq dövriyəyə buraxılan qondarma faktlardan biridir. O ki qaldı status müəllifinin sadaladığı digər məsələlərə, Əli Həsənov bununla bağlı hələ illər öncə "BBC Azərbaycanca”ya müvafiq açıqlama vermişdir. Hər bir Azərbaycan vətəndaşının bizneslə məşğul olmaq hüququ vardır, o cümlədən Əli Həsənovun ailə üzvlərinin də. Əgər sizin ailə üzvlərinizin istənilən sahədə yürütdüyü fəaliyyət ölkənin iqtisadi həyatına, təhsil siseminə az da olsa töhfə verirsə, bunun üçün sadəcə qürur duymaq olar.

Əminəm ki, Həbib Abdullayev və onun kimi xarici ölkələrdə məskunlaşan bəzi ictimai fəallar ölkəmizin mənafelərini qorumaq üçün səy göstərsəydilər, beynəlxalq platformalarda hər addımda üzləşdiyimiz erməni lobbisinə qarşı mübarizə aparsaydılar, onları ifşa etsəydilər, ən azından buna cəhd göstərsəydilər biz cəmiyyət olaraq, onlarla da qürur duya bilərdik. Ümid edirəm, nə zamansa bu mümkün olar”.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb