"Los Angeles Qalaksi" klubunun yarımmüdafiəçisi Devid Bekhem karyerasını Avstraliya liqasında davam etdirə bilər.
AZXEBER.COM-un Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, ingilis futbolçu Avstraliyanın məşhur klublarının birindən təklif alıb.
Lakin həmin komandanın adı açıqlanmayıb. Daha öncə mövsümün sonunda karyerasını başa vuracağını açıqlayan Bekhemin bu təklifi necə qarşılayacağı böyük maraq doğurur.
Qeyd edək ki, dünya ulduzlarından Alessandro Del Pyero və Emil Heski Avstraliya liqasında çıxış edir.