Bel ağrıları üçün müalicəyə getdi, ayağı amputasiya olundu

Bel ağrıları üçün müalicəyə getdi, ayağı amputasiya olundu
DÜNYA
12:18 05.06.2025
449
41 yaşlı 4 uşaq atası Səbri Özhançer adlı şəxs sosial media vasitəsilə əlaqə saxladığı terapiya mərkəzi və universitet xəstəxanasında aldığı səhv müalicə nəticəsində ayağını itirdiyini iddia edib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Qaziantep bölgəsində baş verib.
 
Belə ki, Özhançer, bel ağrıları səbəbilə sosial mediada terapevt kimi tanıdan bir şəxsin yanına gedib. İddiaya görə, ona qeyri-peşəkar şəkildə boynundan dartma və ayaqlarına iynə müalicəsi tətbiq edilib. Ertəsi gün ayağında qızartı və ağrılar başlayıb.

Özhançer dəfələrlə Gaziantep Universiteti Xəstəxanasına müraciət etsə də, ilk mərhələdə ciddi yanaşılmayıb. Sonrakı müayinədə üç arteriyanın tıxandığı müəyyən olunub. Anjiyo əməliyyatı asistantlar tərəfindən aparılıb və nəticədə damarlar zədələnib. Ayağı amputasiya olunub.

Özhançer həm terapevtə, həm də xəstəxanadakı səhlənkarlığa görə məsul şəxslər barəsində şikayət edib:
 
"Qeyri-qanuni müalicə yerlərinə getməyin, mənim yaşadığımı başqası yaşamasın", – deyə bildirib.
 
Oksana

OXŞAR XƏBƏRLƏR