Baxça tərbiyəçisi Marta Rivera Alanis bayırdan atışma səslərini eşidən kimi, 5-6 yaşlı uşaqlara döşəməyə uzanmağı tapşırır. Sonra isə güllə səslərindən qorxan uşaqları sakitləşdirmək üçün onlara elə döşəmədəcə mahnı oxudur. Hadisə anının görüntüsü ortaya çıxdıqdan sonra müəlliməyə göstərdiyi cəsarətə görə sertifikat verilib.
Sertifikatın təqdim olunması mərasimində çıxış edən 33 yaşlı Marta Rivera Alanis, “Özüm də qorxdum. Amma uşaqların sayəsində bunun öhdəsindən gəldim”, - deyib.