Bela Tarr vəfat etdi

Bela Tarr vəfat etdi
MƏDƏNİYYƏT
17:20 06.01.2026
325
Dünya şöhrətli macar rejissor Bela Tarr vəfat edib.

Bu barədə Avropa Film Akademiyası məlumat yayıb.

70 yaşlı rejissorun uzun sürən xəstəlikdən öldüyü vurğulanıb.

Qeyd edək ki, Bela Tarr 1955-ci ildə Macarıstanın Peç şəhərində anadan olub. O, ilk uzunmetrajlı filmi 1977-ci ildə 22 yaşında olarkən çəkib. "Şeytanın tanqosu", "Düzənlikdə səfər", "Verçkmeyshter Harmoniyaları", "Londonlu adam" və digər məşhur filmlərin rejissoru olub. Bela Tarr 2025-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı olmuş Laslo Krasnahorkai ilə bir sıra kinolayihələr həyata keçirib.
 
///apa
OXŞAR XƏBƏRLƏR