Belarus genişmiqyaslı təlimlərə başlayır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Belarus Müdafiə Nazirliyi silahlı qüvvələrin bu gün qəfil və genişmiqyaslı təlimlərə başladığını açıqlayıb.
Nazirlik təlimin qonşu ölkələri və Avropa cəmiyyətinə təhlükə yaratmayacağını bildirib:
"Müharibə hazırlığı sınağında ictimai yollarda hərəkəti ləngidə bilən xeyli sayda hərbi maşının hərəkəti nəzərdə tutulur. Davam edən fəaliyyətlərdən biri də budur. Əsgər hazırlığının ən təsirli formalarıdır və nə bütövlükdə Avropa cəmiyyəti, nə də Avropa ictimaiyyəti üçün təhlükə deyil. Bu, xüsusilə qonşu ölkələr üçün heç bir təhlükə yaratmır”.
Ukrayna Dövlət Sərhəd Təşkilatının sözçüsü Andriy Demçenko Belarusun Rusiya tərəfində müharibəyə girəcəyi təqdirdə Ukraynanın bu vəziyyətə hazır olmalı olduğunu bildirib:
"Rusiya Federasiyasının Belarus torpaqlarından və Belarus Silahlı Qüvvələrindən bəzi hallarda Ukraynaya qarşı istifadə edə biləcəyini göz ardı etmirik. Ona görə də bütün təhlükələrə hazırıq”.
Qeyd edək ki, Belarus Rusiyanın Ukraynaya hücumlarını "hərbi əməliyyat” kimi qiymətləndirərək Rusiyanın tərəfinə keçib.
Ayşən