Belarus Litvaya etiraz notası verdi

Belarus Litvaya etiraz notası verdi
DÜNYA
22:09 27.10.2025
62
Litvanın Belarusdakı müvəqqəti işlər vəkili Erikas Vilkanetsas bu gün Belarus Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.

Litvalı diplomata əvvəlcədən heç bir bildiriş olmadan rəsmi Vilnüs tərəfindən sərhədin növbəti birtərəfli bağlanması ilə bağlı etiraz notası təqdim edilib.

Xatırladaq ki, dünən Litva Belarusla sərhəddə qalan son iki keçid məntəqəsini birtərəfli olaraq qeyri-müəyyən müddətə bağlayıb.
OXŞAR XƏBƏRLƏR