Belarusda hərbi təlimlər ən gərgin şəkildə davam edir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Belarus hökuməti orduya müharibəyə hazır olmaq əmrini verərək təlimlərin başlamasını istəyib.
Təlimlər zamanı diqqət çəkən məqamlardan biri ordu maşınlarında Rusiya ordusunun Ukraynada istifadə etdiyi "Z” simvoluna oxşar işarələrin olması olub.
Digər tərəfdən, ölkə lideri Aleksandr Lukaşenko indiyə qədər öz ordusunu Ukraynadakı münaqişəyə cəlb etməkdən çəkindiyini, lakin Belarus ərazisinə hücumlar olarsa, ordunun buna cavab verəcəyini bildirən bəyanatlar verib.
Daha əvvəl elan edilmiş təlim çərçivəsində Belarus Müdafiə Nazirliyi qoşunların qərb və şərqində Neman və Berezina çayları üzərindən təyin edilmiş ərazilərə və körpü keçidlərinə sürətli hərəkəti həyata keçirib.
Ayşən