Bir sıra Avropa ölkələri BMT Təhlükəsizlik Şurasında Belarus-Polşa sərhədindəki vəziyyətə dair iclas keçirilməsi ilə bağlı müraciət ediblər.
AZXEBER.COM xəbər verir ki, bu barədə "TASS” BMT Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, təşəbbüs Fransa, İrlandiya və Estoniya tərəfindən irəli sürülüb.
Xatırladaq ki, son günlər Polşa-Belarus sərhədində gərginlik yaşanır. Belarusa gəlmiş qanunsuz miqrantlar sərhədi keçərək Polşa ərazisinə daxil olmağa cəhd edirlər. Nəticədə hərbçilərlə miqrantlar arasında qarşıdurma yaranıb.










































