Belarus Prezidenti Aleksandr Lukaşenko 2-4 iyun tarixlərində Çinə səfər edəcək.
Bu barədə BELTA prezidentin mətbuat xidmətinə istinadən məlumat yayıb.
İki ölkənin liderləri Aleksandr Lukaşenko və Si Cinpin əvvəlcə təkbətək formatda görüş keçirəcəklər. Onlar Belarus-Çin münasibətlərinin vəziyyətini və birgə layihələrin həyata keçirilməsi və çoxtərəfli təşəbbüslərin irəli sürülməsi hesabına əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcəklər.
Səfər proqramında bir sıra digər danışıqlar və görüşlər də nəzərdə tutulub.
/report