Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 20-də Azərbaycana rəsmi səfərə gəlib.
APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Belarus prezidentini Azərbaycan baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
İki günlük səfər çərçivəsində A. Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirəcək.
Danışıqların yekununda müxtəlif sahələrə aid ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.
A. Lukaşenkonun Bakıda Belarus səfirliyinin yeni binasının açılışında iştirakı da gözlənilir