Belarus və Rusiya birgə təlimlər keçirəcək

Belarus və Rusiya birgə təlimlər keçirəcək
DÜNYA
19:31 12.08.2025
198
Belarus və Rusiya silahlı qüvvələrinin sentyabrın 12-16-da "Zapad-2025” birgə təlimləri keçiriləcək.

Bu barədə Belarus Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Müdafiə Nazirliyindən qeyd olunub ki, təlimlərin keçirilməsində ümumi məqsəd Belarus və Rusiya Federasiyasının İttifaq dövlətinin hərbi təhlükəsizliyini təmin etmək imkanlarının və mümkün təcavüzü dəf etməyə hazırlıq səviyyəsinin yoxlanılmasıdır.

Təlimlərə rəhbərlik Belarus Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən həyata keçiriləcək.
 
\report
OXŞAR XƏBƏRLƏR