Belarusda “Vaqnerçi”ləri yerləşdirmək üçün düşərgələr tikilir

Belarusda “Vaqnerçi”ləri yerləşdirmək üçün düşərgələr tikilir
DÜNYA
19:49 26.06.2023
233
Belarusun Moqilev vilayətində "Vaqner” Xüsusi Hərbi Şirkətinin muzdlularını yerləşdirmək üçün düşərgələr tikilməyə başlayıb.

Bu barədə AZXEBER.COM "Report”a istinadən xəbər verir.

Jurnalistlər Moqilev vilayətinin Osipoviç ərazisində 8 min döyüşçü üçün düşərgənin tikildiyini təsdiqləyiblər. Qəsəbə Ukrayna ilə sərhəddən 200 km aralıda yerləşir.

Nəşrin rayonun meşə təsərrüfatındakı həmsöhbətinin sözlərinə görə, orada bir neçə düşərgə olacaq. "Vaqnerçi”lərin Belarusa göndəriləcəyi barədə məlumatı döyüşçülərin yaxınları da təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR