Azərbaycanın Belarusiyadakı səfirliyininbinasının tikintisində yaranan narazılıqlar məhkəmədə aydınlaşdırılır.ANS PRESS-inBelarus mətbuatına istinadlaverdiyi məlumata görə, binanın təmir-tikinti işlərində iştirak edən Mixail Martinkeviç və Aleksandr Sosnosvski "Veles Master" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia qaldırıb.Onlar şirkətdən ümumilikdə 20 milyon 772 min 300 Belarus rublu (təxminən 1246 manat) ödənilməsini tələb edirlər. Həmin məbləğin 19 milyon 550 min 400 Belarus rublu (1173 manat) ödənilməyən əməkhaqqı, qalan 1 milyon 221 min 900 rubl isə (təxminən 73 manat) faizdir.Bununla bağlı AzərbaycanınBelarusdakı səfiri İsfəndiyar Vahabzadə ilə əlaqə saxlamaq istəsək də, bu mümkün olmadı. Lakin adını açıqlamaq istəməyən səfirlik əməkdaşı Belarus mətbuatında yayılan məlumatlarla bağlı heç bir şərh vermək istəmədiklərini bildirdi.Bununla belə, məlum olub ki, yaşanan problem sifarişçi olan Azərbaycan səfirliyi ilə bağlı deyil. Belə ki, binanın təmir-tikinti işləri ilə məşğul olmaq üçün podratçı şirkət bir neçə subpodratçı şirkətlə razılaşıb.Səfirlik isə öz növbəsində işlər tamamlanandan sonra podratçı şirkətə ödənilməli olan məbləği tamamilə ödəyib. Sadəcə olaraq subpodratçı şirkətlərdən biri işçilərə verilməli olan əməkhaqqını verməyib. Narazılıq da məhz həmin podratçı şirkətlə bağlıdır.Məlumat üçün bildirək ki, bu il yanvarın 26-da Belarusda işçilərlə podrat işi haqqında bir aylıq müqavilə imzalanıb. Razılıq Azərbaycan səfirliyinin binasında təmir-tikinti işlərinin aparılması haqqında olub. Lakin materiallarla təmin edilməkdə çətinliklər yarandığından işlər may ayına qədər uzanıb. Binanın özü isə iyunda təhvil verilib.Binanın təhvil verilməsinə baxmayaraq, 19 milyon Belarus rublundan (1140 manat) çox məbləğ işçilərə ödənilməyib. Onlara söz verilib ki, sifarişçi - Azərbaycanın Belarusdakı səfirliyi obyektə görə ödəniş edəndə işçilərə qalan borc da ödəniləcək. Lakin bundan sonra da "Veles Master" QSC təhvil-təslim aktını imzalamayıb və işçilərə ödəniş etməyib.İşəgötürən iyulun 16-da verdiyi açıqlamada bildirib ki, təmir-tikinti işləri tamamlanmadığı və lazımi keyfiyyətdə yerinə yetirilmədiyi üçün təhvil-təslim aktını imzalaya bilməz.Bundan sonra işçilər əməkhaqlarının qalan hissəsini almaq üçün məhkəməyə müraciət ediblər. Belarus mətbuatı məhkəmənin bu gün yekunlaşacağını və qərarın qəbul ediləcəyini bildirib.