Belaruslu hücumçu: "Azərbaycanın necə komanda olduğunu söyləmək çətindir"

Belaruslu hücumçu: "Azərbaycanın necə komanda olduğunu söyləmək çətindir"
İDMAN
20:46 18.04.2022
586
"Yığmaların oyunlarını izləmədiyim üçün Slovakiya və Azərbaycanın necə komanda olduğunu söyləmək mənim üçün çətindir".

Bunu Qazaxıstanın "Ordabası" klubunun belaruslu futbolçusu Vsevolod Sadovski "Metara-ratings.kz" saytına açıqlamasında UEFA Millətlər Liqasında ölkəsinin də yer aldığı C Liqasının 3-cü qrupundakı komandaları dəyərləndirərkən deyib.

26 yaşlı hücumçu oyunlarla bağlı proqnoz verməyəcəyini bildirib: "Belarus və Qazaxıstana gəlincə, iki yığma arasındakı görüşlər çox maraqlı və prinsipial olacaq. Hər iki kollektivi çətin mübarizə gözləyir".

Qeyd edək ki, 3-cü qrupda Azərbaycan, Qazaxıstan, Belarus və Slovakiya seçməsi mübarizə aparacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR