Belçika Ermənistanda səfirlik açacaq

Belçika Ermənistanda səfirlik açacaq
DÜNYA
19:52 22.08.2023
193
Belçika yaxın zamanlarda Ermənistanda səfirlik açacaq.

Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda belçikalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Biz Belçika hökumətinin İrəvanda Belçika səfirliyinin açılması qərarını alqışlayırıq. Bölgədə iqtisadi inkişafın təşviqinə, demokratik dəyərlərə əsaslanan əməkdaşlıq öz müsbət nəticəsini verəcək. Bu qərar, şübhəsiz ki, Ermənistan-Belçika münasibətlərinin dinamik inkişafına yeni təkan verəcək", - deyə Mirzoyan qeyd edib.
OXŞAR XƏBƏRLƏR