Belçika futbol yığması baş məşqçisi ilə yollarını ayırıb

Belçika futbol yığması baş məşqçisi ilə yollarını ayırıb
İDMAN
19:55 17.01.2025
366
Belçika millisi italiyalı baş məşqçi Domeniko Tedesko ilə yollarını ayırıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Belçika Futbol Federasiyası məlumat yayıb.

Tedesko 2023-cü ilin fevralında Belçika millisinin baş məşqçisi təyin edilmişdi.

Yığma onun rəhbərliyi altında AVRO-2024-də çıxış edib. Ukrayna, Rumıniya və Slovakiyadan ibarət qrupda ikinci yeri tutan komanda 1/8 finalda Fransaya 1:0 hesabı ilə uduzub.

Bundan sonra Millətlər Liqasında çıxış edən komanda 6 oyunun 4-də məğlub olmuşdu.

Qeyd edək ki, Tedesko daha əvəl "Şalke”, "Spartak Moskva” və "Leypsiq” kimi komandalara rəhbərlik edib.
OXŞAR XƏBƏRLƏR