Belçikada naməlum şəxs maşını insanların üzərinə sürdü - 4 nəfər öldü

Belçikada naməlum şəxs maşını insanların üzərinə sürdü - 4 nəfər öldü
DÜNYA
14:07 20.03.2022
273
Belçikada naməlum şəxs maşını insanların üzərinə sürüb, 4 nəfər ölüb, 22 nəfər yaralanıb
Belçikanın Eno əyalətinin Strepi-Brakni rayonunda naməlum şəxs avtomobili insanların üzərinə sürməsi nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, məlumatı RTVF telekanalı yayıb.

Bildirilib ki, 7 nəfər ağır yaralanıb, 15 nəfər isə yüngül xəsarət alıb.

Məlumata görə, avtomobildə olan şəxslər saxlanılıblar.
OXŞAR XƏBƏRLƏR