Belçikada ölkə parlamentinə, regional qanunvericilik orqanlarına və Avropa Parlamentinə seçkilər keçirilir.
Yerli vaxtla saat 8:00-da açılan seçki məntəqələri saat 16:00-da bağlanacaq.
İlkin nəticələrin seçki məntəqələri bağlandıqdan dərhal sonra açıqlanması gözlənilir. Qanunvericiliyə əsasən, ölkədə seçicilərin səsvermədə iştirakı tələb olunur.