Belçikada sürət qatarı traktora çırpılıb, Avropa paytaxtlarında qatarların hərəkəti dayandırılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransanın TGV sürət qatarı Belçikada traktora çırpılıb və Brüssel-London-Amsterdam dəmir yolu hərəkəti ciddi şəkildə pozulub.
Fransanın Lill şəhərindən Brüsselə gedən TGV sürətli qatarı səhər saatlarında Belçikanın Tournai şəhəri yaxınlığında həmsəviyəsiz keçiddə dayanan traktorun qoşqusuna çırpılıb.
Yol işləri ilə əlaqədar qatar 1-ci xətt əvəzinə daha yavaş olan 94 saylı xətt üzrə hərəkət edib və nəticədə traktor uzun məsafəyə sürüklənib.
Traktor sürücüsünün atlayaraq xilas olduğu qəzada qatarda olan 2 sərnişin yaralanıb.
Qəza səbəbindən sözügedən qatar xətti qeyri-müəyyən müddətə bağlanıb. 120 sərnişin avtobuslarla təxliyə edilərkən, bölgəyə çoxlu təcili yardım maşınları göndərilib.
Mikayıl